AZ

Tramp: “Putin həyat yoldaşımı təriflədi” – VİDEO

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putin onunla telefon danışığında birinci xanım Melaniya Trampı tərifləyib.

Bizim.Media “Fox News”a istinadən xəbər verir ki, o bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.

“Putin mənə dedi ki, “sizin həyat yoldaşınız böyük hörmətə malikdir”. Soruşdum ki, “Bəs mən?”.

“Xeyr, Melaniya daha çox bəyənilir”, - deyə Amerika lideri bildirib.

Qeyd edək ki, mayın 19-da ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Tərəflər Ukrayna müharibəsində atəşkəsin əldə olunması istiqamətində müzakirələrə aparıblar.


Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr