AZ

“Türkiyəyə yeni Konstitusiya lazımdır” – Ərdoğan ANONS VERDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

Ulusal.az xəbər verir ki, Prezident bu barədə çıxışında deyib.

“20 il əvvəl hazırlanmış Konstitusiya ilə daha davam edə bilmərik. Türkiyənin ehtiyaclarına cavab verən, daha demokratik və müasir bir Konstitusiya lazımdır. Biz bu prosesi milli iradəyə söykənərək həyata keçirməliyik”. , – deyə Ərdoğan qeyd edib.

Prezidentin sözlərinə görə, yeni əsas qanun cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə, geniş ictimai konsensus əsasında hazırlanmalıdır:

“Yeni Konstitusiyanın hazırlanması bir qrupun deyil, bütün millətin işi olmalıdır. Biz birlikdə bu tarixi addımı atmalı və Türkiyəni gələcəyə daha güclü şəkildə aparmalıyıq”.

Qeyd edək ki, Türkiyədə hazırda qüvvədə olan Konstitusiya 1982-ci ildə hərbi çevrilişdən sonra qəbul edilib və illər ərzində dəfələrlə dəyişikliklərə məruz qalıb. Ərdoğanın bu çıxışı isə ölkədə siyasi və hüquqi sistemin yenilənməsi istiqamətində yeni bir mərhələnin başlaya biləcəyinə işarə kimi qiymətləndirilir.Musavat.com

Seçilən
0
1
moderator.az

10Mənbələr