Ajans.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, prokuror məhkəmədən müttəhimin xüsusilə külli miqdarda dələduzluqda və rüşvətxorluqda təqsirli bilinməsini, habelə 120 milyon rubldan çox cərimə kəsilməsini, zabit rütbəsindən və dövlət mükafatlarından məhrum edilməsini istəyib. Arslanov işində polkovnik Pavel Kutaxov və hərbi təqaüdçü İqor Yakovlev də təqsirli bilinir. Daha üç şəxs əvvəlcədən özünü təqsirli bilib və onların işi ayrıca icraata ayrılıb. Bura general-mayor Aleksandr Oqlobin də daxildir. Onu 2022-ci il fevralın 14-də hərbi məhkəmə Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün rabitə avadanlığının alınması zamanı dələduzluğa görə 4,5 il müddətinə azadlıqdan məhrum edib. Oqlobin dövlətə 1,5 milyard rubl məbləğində ziyan vurub.

Arslanov 6,7 milyard rubl məbləğində dələduzluqda və 12 milyon rubl rüşvət almaqda ittiham olunur. Oqlobin keçmiş müdiri olan Arslanovun əleyhinə ifadə verib.