Hazırda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş hazırlanmır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, indi hazırlanmır”, – deyə o, məsələ ilə bağlı suala cavab verib.
Bundan əvvəl Peskov Rusiya və ABŞ başçıları arasında telefon danışığının mayın 19-da Moskva vaxtı ilə saat 17:00-da baş tutacağını açıqlamışdı. O qeyd edib ki, Kreml liderlərin danışıqlarının nəticələri barədə məlumat verəcək.
Peskov həmçinin bəyan edib ki, Putinlə Trampın mümkün görüşü dövlət başçıları arasında şəxsi razılaşmalardan asılıdır.