AZ

21-ci dəfə çempion

Portuqaliya çempionatında 2024-2025-ci illər mövsümünün qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, son turda “Gimarayeş”i 2:0 hesabı ilə məğlub edən “Sportinq” (Lissabon) ölkə çempionatında 21-ci dəfə qızıl medallara sahib çıxıb.

Sezonu 82 xalla bitirən paytaxt klubu ən yaxın izləyicisi “Benfika”nı 2 xal qabaqlayıb.

Bu, “Sportinq”in ardıcıl 2-ci, tarixində 21-ci çempionluğu olub. Klub bu titul sayına görə Portuqaliyada 3-cüdür.

Seçilən
0
3
sportinfo.az

3Mənbələr