Bakı. Trend:
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri iləgörüşündə etdiyi çıxışının videosu nümayiş olunub.
Trend xəbərverir ki, kadrlarda Levon Ter-Petrosyan çıxışında Ermənistansilahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğalınınniyyəti, həmçinin məqsədi və səbəbləri barədə danışır.
Vidomaterialda göstərilir ki, tarixi “qələbələr”i qeydetdiklərinə görə məmnun olduğunu bildirən L.T.Petrosyan 1988-ci iləqədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb:“Deyirlər ki, “Qarabağ” hərəkatını başlatmağın nə mənası var idi?Bu beş il ərzində nə qədər qan töküldü, nə qədər insan həlak oldu,amma heç bir nəticəyə gəlinmədi”, - deyə bəzi şəxslər iradbildirirlər. Hətta həmin dövrdə Ermənistan hakimiyyəti... İndi isəhəmin əməliyyatlarda iştirak etməyən müxalifət nümayəndələri vədigər partiyalar bizim fəaliyyətimizə kölgə salmağa çalışırlar.
Üstəlik, deyirlər ki, o vaxt erməni hərəkatı “miatsum, miatsum”deyib meydana çıxmağın nə mənası var idi? İndi də Qarabağıntanınmasından yayınırlar. Onların mövqeyi dəyişməyib. Deyirlər ki,əgər bu hərəkat 1988-ci ildə başlamasaydı da, onsuz da Sovetİttifaqı 1991-ci ildə dağılırdı və biz hər halda müstəqillik əldəedəcəydik. Amma məsələ burasındadır ki, əgər biz 1988-ci ildəfəaliyyətə başlamasaydıq, 1991-ci ildə bizim bu üçillik təcrübəmizolmayacaqdı və nəticədə nəinki Qarabağ, heç Ermənistanın özü də buqədər hazırlıqlı olmayacaqdı. Hətta Qarabağ olmayacaqdı”.
Məhkəmədə təqdim olunnan videoda Ermənistanın keçmiş prezidentideyib: “Birincisi, bu hərəkət sayəsində Ermənistan və DağlıqQarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemihəll etdi. Ermənistan və Qarabağ digər xalqlardan tamamilətəmizləndi. Bu, 600 illik problemdir və erməni xalqı növbəti 600ildə də onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin ki, əgər bugün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digərmillətlərdən olan 170 min insan yaşamaqda davam etsəydi, bu günbizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə(Sevan) rayonunu qoruya bilməzdik.
Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis(Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq təşkiledirdi və Zəngəzur bölgəsində də əhalinin böyük hissəsini təşkiledirdilər. İndi bu problem həll olunub. Bu problemi biz özhərəkatımızla həll etdik. Bu, xalqımızın milli azadlıq mübarizəsi,erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdafiəbirləşmələrimiz və yerli Qarabağ bölmələrimizin fəaliyyəti iləmümkün oldu. Qarabağ da həmçinin. Bu gün Qarabağın bütün ərazisi,üstəlik daha böyük bir hissə ermənilərin əlindədir”.
Kadrlarda L.T.Petrosyan deyir: “…Yekun olaraq bir məqamı da qeydetməyə bilmərəm: Qeyd edirəm ki, bütün qələbələrimizin tacı olaraqqüvvələrimiz dünən gecə və bu səhər Ağdama daxil olublar”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.