Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi ilə bağlı bir sıra məsələlər təsdiq edilib.
Valyuta.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.
Qərara əsasən, Mərkəzin strukturu, işçilərinin say həddi, onların əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib. Mərkəzin ştat cədvəlinin təsdiq edilməsi haqqında 135 nömrəli Qərarının 1-ci hissəsi isə ləğv edilib.
Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi 2020-ci ildə publik hüquqi şəxsə çevrilib.