Bakı. Trend:
Bu gün Günəşdə güclü, lakin təhlükəli olmayan “M” kateqoriyalıpartlayış baş verib.
Trend xəbər verirki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş AstronomiyasıLaboratoriyasının saytında məlumat dərc olunub.
“19 may Moskva vaxtı ilə 11:21-də (Bakı vaxtı ilə 12:21) rentqendiapazonunda 13 dəqiqə davamlı M3.2 partlayışı qeydə alınıb”, -məlumatda qeyd olunur.
Partlayış Yer üçün təhlükə yaratmır.
“Yerə təsir baxımından proqnoz mənfidir – ötən dəfə olduğu kimi,fəallıq Günəşin ən kənar hissəsində alovlanır və buradan Yerəyalnız super sıçrayış çata bilər. Hələlik isə (Yerə görünməyən)fəal sahənin həftənin ikinci yarısına qədər adi hadisələrlə Yerətəsir göstərə biləcəyi ehtimalı çox azdır”, – məlumatdadeyilir.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinifəbölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yer orbitindəkvadratmetr başına 10 nanovatlıq şüalanma gücünə uyğundur. Növbətihərfə keçdikdə güc 10 dəfə artır.