Ölkəmizdə keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub.
Leqal.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə Azərbaycan və İran təlim rəhbərləri, eləcə də digər yüksək səviyyəli üzvləri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər.
Ümummilli Lider Heydər Əliyevin, həmçinin hər iki ölkənin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayıb, keçirilən birgə təlimin əhəmiyyətini xüsusi vurğulayıblar.
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İran hərbi əməkdaşlığının dərinləşməsində “Araz-2025” birgə təliminin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu təlim ölkələrimiz və onların silahlı qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir.
Açılış mərasiminin sonunda hərbi qulluqçular təntənəli marşla tribuna önündən keçiblər.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta