AZ

Məzmunlu və məntiqli xanım...

Bəzən adam fkirlərin arasında itib batır. Bilmir ki, söhbətinə nədən və haradan başlasın. Necə danışsın ki, haqqında söhbət aşdığı insanı olduğu kimi tərənnüm edə bilsin. Axı, hər bir insan Allahın bir möcüzəsidir. Belə möcüzələrəndən biri də- tarix elmləri doktoru Sevinc Əliyevadır...
O, Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərində dünyaya gəlib. 1998-ci ildə Rusiya Federasiyasının Armavir Dövlət Pedaqoji İnstitutunun tarix və dünya mədəniyyəti ixtisasını fərqlənmə diplomu ilə bitirib. Sonra həmin institutun "Regionşünaslıq" kafedrasında müəllim işləyib və eyni zamanda əyani aspiranturada oxuyub. 2000-ci ildə Kuban Dövlət Universitetində "Şimal-Qərbi Qafqazın noqayları XVIII–XX əsrin əvvəllərində tarixi proseslərdə" adlı namizədlik dissertasiyanı uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Vətənə dönəndən sonra isə Bakı Dövlət Universitetində "Qafqaz xalqları" kafedrasında pedoqoji fəaliyyət göstərib. 2004-cü ildə AMEA-nın Tarix İnstitutuna elmi işçi kimi işə götürülüb. Əvvəlcə "Qafqaz tarixi" şöbəsinin aparıcı elmi işçisi olub. Hazırda həmin institutun "Azərbaycan-Rusiya əlaqələri tarixi" şöbəsinə rəhbərlik edir. 2014-cü ildə "Azərbaycan və Şimali Qafqaz xalqlarının qarşılıqlı əlaqələri (XIX–XX əsrin əvvəlləri)" mövzusu üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yüksəlib...
...Son dərəcə şən və enerjili xanımdır, praktik zəkaya sahibdir. Şən və zarafatcıldır. İnsanlarla ünsiyyətdən qaçmır. Söhbət etməyi və hər kəsi parlaq istedadı ilə təəccübləndirməyi xoşlayır. Maraq dünyası günişdir, daim nəsə öyrənmək istəyir. İti zəkası hər zaman hərəkətdədir. O, bir mövzudan digərinə asanlıqla keçməyi bacarır. Həmsöhbətinə dediklərinin aydın olduğunu görəndə onun səviyyəsinə uyğun söhbətini davam etdirir. Onu da qeyd edim ki, həyatı doya-doya yaşamaq onun ən əsas xüsusiyyətlərindəndir. Məzmunlu olduğu qədər də ağıllı insandır. Sosial həyatında həmişə sevinc saçır və dost qazanmağı bacarır... 
Sevinc xanım 169 elmi publikasiyanın, 4 monoqrafiyanın, 4 kollektiv monoqrafiyanın və 2 braşuranın müəllifidir. Zaman-zaman yerli və xarici mətbuatda müxtəlif tarixi, etnoqrafik yazıları, müsahibələri, araşadırmaları çap olunub. Ailəlidir, 2 övladı var...
Mayın 19-u Sevinc xanımın növbəti ad günüdür. Söhbətimin sonunda onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni nailiyyətlər arzulayıram.
Yeni yaşı mübarək olsun!

Hörmətlə, Elman Eldaroğlu
Seçilən
0
sherg.az

1Mənbələr