Bakı. Trend:
Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanışəhadətnamə almaq üçün müraciət etməmiş miras şəriklərininhüquqlarının təmin edilməsi, habelə miras şərikləri arasında miraspaylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyənedilir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu günkeçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, notarius vərəsəlik şəhadətnaməsininəldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkənvərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digərvərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaqpaylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.
Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmireyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuşvərəsələr (miras şərikləri) və onların payları barədə məlumatmüvafiq reyestrə daxil ediləcək.
Hər bir miras şəriki yuxarıda müəyyən edilmiş payına davərəsəlik şəhadətnaməsi ala biləcək.
Yuxarıda nəzərdə tutulmuş miras şəriklərinin miras paylarınasərəncam vermək hüquqları olacaq. Həmin şəxslər vərəsəlikşahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmişmüqaviləyə əsasən miras paylarına sərəncam verə biləcəklər. Mirasşərikləri arasında miras paylara sərəncam verilməsi haqqındamüqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payıəldə etdiyi pay nisbətinə uyğun artırılacaq və vərəsəlikşəhadətnaməsində yekun payı göstəriləcək.
Mövcud qanunvericiliyə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütünmiras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həmbütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularınauyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçünvərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalanhissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.