AZ

"Bank Respublika" növbəti dəfə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüldü

"Bank Respublika" ASC Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2024-ci il üzrə “Azərbaycanda ən fəal emitent-bank” mükafatına layiq görülüb.

Bu mükafat “Bank Respublika”nın bu sahədə üçüncü il ardıcıl olaraq qazandığı uğurudur.

Mükafat EBRD-nin London şəhərində Rəhbərlər Şurasının illik iclası zamanı keçirilən təntənəli mərasimdə təqdim olunub.

“Bank Respublika”ya təqdim olunan bu nüfuzlu mükafat, bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi sahəsində göstərdiyi yüksək aktivliyi, risklərin idarə olunması bacarığını və müştərilərə təqdim etdiyi effektiv maliyyə həllərini bir daha təsdiqləyir. EBRD ilə uğurlu əməkdaşlıq nəticəsində, "Bank Respublika" xarici ticarət əməliyyatlarında daha geniş imkanlar təqdim edərək, ölkənin ixrac və idxal potensialının dəstəklənməsinə töhfə verməkdədir.

Bu nailiyyət “Bank Respublika”nın beynəlxalq maliyyə institutları ilə güclü tərəfdaşlıq əlaqələrinin, eləcə də ticarətin maliyyələşdirilməsi üzrə peşəkar komandasının əzmli fəaliyyətinin nəticəsidir. Eyni zamanda bu mükafat yalnız "Bank Respublika"nın deyil, ümumilikdə Azərbaycanın regional ticarətdə artan roluna əyani sübutdur.

"Bank Respublika" müştərilərinə ticarətin maliyyələşdirilməsi üzrə geniş çeşiddə məhsul və xidmətlər təqdim etməyə davam edir və Azərbaycanın iqtisadi inkişafına töhfə verməyi əsas prioritetlərindən biri hesab edir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Seçilən
0
9
report.az

10Mənbələr