AZ

“Milan” ÇL-dən kənarda qaldı – 5 ildən sonra

“Milan” UEFA Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməyib.

Msport.az xəbər verir ki, “rossonyerlər” A Seriyasının 37-ci turunda “Roma”ya 1:3 hesabı ilə məğlub olub.

Bununla komandanın qitənin ən nüfuzlu klub turnirində kənarda qalacağı dəqiqləşib. “Milan” bununla 5 mövsümdən sonra ilk dəfə ÇL-ə vəsiqə qazana bilməyib. Milanlılar axırıncı dəfə 2020-21 mövsümündə Çempionlar Liqasında iştirak etməyib.

Sona bir tur qalmış turnir cədvəlində 60 xalla 9-cu pillədə qərarlaşan “Milan” avrokuboklarda iştirak hüququndan məhrum olub.

Seçilən
0
msport.az

1Mənbələr