ABŞ-ın keçmiş prezidenti Co Baydenə mayın 16-da sümüklərinə yayılmış prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. Bu barədə The New York Times nəşri yazıb.
Baydenin xəstəliyi "ağır" olaraq təsnif edilir və xərçəng hüceyrələri sürətlə yayıla bilər.
Prostat xərçəngi mütəxəssisləri Baydenin diaqnozunun ciddi olduğunu və xərçəng sümüklərə yayıldıqdan sonra sağalmaz olduğunu söyləyirlər.
Donald Tramp və Kamala Harris ABŞ-ın keçmiş prezidentini dəstəklədiklərini bildiriblər.
Gülnar