“Aston Villa”nın qapıçısı Emiliano Martines iki Avropa nəhəngindən təklif alıb.
Publika.az xəbər verir ki, bu barədə “DSports” məlumat yayıb. Məlumata görə, söhbət “Barselona” və “Mançester Yunayted”dən gedir.
Martinesin “Aston Villa” ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub, onun transfer dəyəri 25 milyon avrodur.
O, çox güman ki, bu yay “Aston Villa”nı tərk edəcək . Cümə günü, mayın 16-da Premyer Liqanın 37-ci turunun “Tottenhem”lə ev oyunundan (2:0 qələbə) sonra o, “Aston Villa” azarkeşləri ilə göz yaşları ilə sağollaşıb.