AZ

Təşkilatçılar: Haaqada Qəzza əməliyyatlarına qarşı izdihamlı aksiya

BAKI, 19 may. TELEQRAF

Haaqada Niderland hökumətinin İsrailə dövlətinə qarşı münasibətinə və Qəzzada davam edən hərbi əməliyyatlara etiraz olaraq keçirilən yürüşə on minlərlə şəxs qatılıb.

Teleqraf “Əl Cəzirə”yə istinadən xəbər verir ki, "qırmızı xətt"i simvolizə etmək üçün qırmızı geyimlərlə küçəyə çıxan nümayişçilər hökumətlərini İsrailin beynəlxalq hüququ davamlı pozmasını dayandırmaq üçün konkret addımlar atmağa çağırıblar.

Etirazçılar Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Sülh Sarayının yanından yürüş ediblər.

Təşkilatçılar 550000 nəfər əhalisi olan şəhərdə etiraz aksiyasına 100000-dən çox nümayişçinin qatıldığını açıqlayıb. Nümayişçilər arasında digər şəhərlərdən gələn şəxslərin də olduğu bildirilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr