AZ

KİV: Starmer Tramp, Makron, Merz və Meloni ilə Ukraynanı müzakirə edib

Böyük Britaniyanın baş naziri Kir Starmer bazar günü ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı keçirib və tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Trampın mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə söhbəti ərəfəsində Qərb liderləri şərtsiz atəşkəsin zəruriliyini müzakirə edib və Moskvanı sülh danışıqlarına ciddi yanaşmağa çağırıblar.

Bundan əlavə, onlar Rusiya rəhbərliyinin atəşkəs və sülhlə bağlı ciddi danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını açıqlayıblar.

Qeyd edək ki, Tramp öz “Truth” hesabında mayın 19-da saat 10:00-da Putinlə danışacağını yazıb.

Seçilən
0
5
apa.az

10Mənbələr