Mətbuat nümayəndələri siyasətçidən müsahibə almağa çalışarkən C5N jurnalisti Argentina prezidenti Xavyer Maylinin üzünə mikrofonla zərbə endirib...
Poliqon bu barədə İnfoveloz nəşrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, bu, siyasətçi yerli qanunvericiliyə seçkilərdə səs verdikdən sonra Buenos-Ayresdəki Milli Texnologiya Universitetini tərk edərkən baş verib. Onlarla jurnalistdən birinin səhvən liderə mikrofonu vurması onu qəzəbləndirib.
– Məni qəsdən vurdun?, siyasətçi soruşub.
Müxbir ondan üzr istəyib.
Poliqon.info