Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 37-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu turun bütün görüşləri eyni gündə və eyni saatda başlayıblar.
“Valensiya” doğma meydanda “Atletik”ə, “Valyadolid” “Alaves”ə, “Las Palmas” da “Leqanes”ə minimal hesabla məğlub olub.
Üç qolun qeydə alındığı “Selta” – “Rayo Valyekano” və “Malyorka” – “Xetafe” görüşlərində də qonaqlar qələbə qazanıblar.
“Real Sosyedad” evdə “Jirona”ya, “Osasuna” isə “Espanyol”a qalib gəlib. Madrid “Atletiko”su bu turda “Betis”lə ev oyunundan möhtəşəm qələbə ilə ayrılıb.
Artıq çempionluğu təmin etmiş lider “Barselona” bu turda “Vilyarreal”la üz-üzə gəlib. Kataloniya təmsilçisi doğma meydanda keçirilmiş bu oyundan məğlubiyyətlə ayrılıb. “Real” isə səfərdə “Sevilya” üzərində inamlı qələbəyə sevinib.
Beləliklə, La Liqada cari mövsümün sonuna bir tur qalmış “Barselona” 85 xalla vahid liderdir. “Real” 81 xalla ikinci, “Atletiko” 73 xalla üçüncü pillədə qərarlaşıb. “Atletik” 70, “Vilyarreal” 67, “Betis” 59, “Selta” 52, “Rayo Valyekano” və “Osasuna” 51 xal toplayıblar.
İspaniya, La Liqa
37-ci tur
18 may
Atletiko – Betis 4:1
Qollar: X.Alvares, 10; 75. Le Normand, 45+3. A.Korrea, 90+6 – Fornals, 67.
Barselona – Vilyarreal 2:3
Qollar: L.Yamal, 38. F.Lopes, 45+5 – A.Peres, 4. S.Komesana, 50. Buçanan, 80.
Selta – Rayo Valyekano 1:2
Qollar: M.Alonso, 10-pen – Palason, 17. De Frutos, 45+2.
Las Palmas – Leqanes 0:1
Qol: Raba, 6.
Malyorka – Xetafe 1:2
Qollar: K.Larin, 90+3 – Arambarri, 56. Uçe, 65.
Sevilya – Real 0:2
Qollar: Mbappe, 75. Bellingem, 87.
Real Sosyedad – Jirona 3:2
Qollar: Marin, 5. Oyarsabal, 20-pen. Marieskurrena, 90+1 – Stuani, 10. Portu, 77.
Osasuna – Espanyol 2:0
Qollar: Budimir, 17. R.Qarsiya, 90+1.
Valensiya – Atletik 0:1
Qol: Berencer, 72.
Valyadolid – Alaves 0:1
Qol: K.Qarsiya, 18-pen.