AZ

Yolu keçmək istəyirdi, həyatından oldu

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi prospektində qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Qəza nəticəsində ağır xəsarət alan şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Seçilən
0
publika.az

1Mənbələr