AZ

"Qarabağ" "Kəpəz"i böyük hesabla məğlub etdi

Misli Premyer Liqasında XXXV tura yekun vurulub.

"Unikal" xəbər verir ki, turun son oyununda çempionluğu daha əvvəl təmin edən "Qarabağ" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib.

Qolları Leandro Andrade, Aleksey Kaşuk və Musa Qurbanlı vurublar.

Turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı, (1:0), "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Neftçi" "Səbail"i (3:0) məğlub edib. "Zirə" – "Sabah" qarşılaşması isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Zirə" və "Araz-Naxçıvan" komandaları növbəti il Azərbaycanı avrokuboklarda təmsil edəcək. "Səbail" isə Premyer Liqanı tərk edib.

Seçilən
0
1
unikal.az

10Mənbələr