BAKI, 18 may. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunun heyətində növbəti qolunu vurub.
Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu bu dəfə II Bundesliqanın sonuncu - XXXIV turunda "Ayntraxt Braunşveyq"la səfər matçında fərqlənib. O, 11-ci dəqiqədə hesabı açıb.
Qeyd edək ki, hazırda "Nürnberq" minimal hesabla öndədir.