AZ

"Sülhə nail olunması üçün iki önəmli vəziyyət yaranmalıdır"

"Mən İstanbul görüşünün nəticəsiz olacağını deyərkən, cari vəziyyətin təhlili nəticəsində ortaya çıxan real vəziyyəti görərək bu qənaətə gəlmişdim".

Redaktor.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov Rusiya və Ukraynanın İstanbul danışıqlarını şərh edərkən deyib. O, bildirib ki, sülhə nail olmaq üçün iki önəmlu vəziyyət yaranmalıdır:

"Müharibənin dayanıb, atəşkəsə, danışıqlara və sülhə nail olunması üçün iki önəmli vəziyyət yaranmalıdır. Birincisi, tərəflərin konsensusa gəlməsi. İkincisi isə, tərəflərdən birinin açıq məğlubiyyəti. Amma görünən bundan ibarətdir ki, tərəflərdə vəziyyət fərqlidif. Cəbhədə nisbi üstünlüklər dəyişkəndir. Ona görə də Putin görüşə tələsmir. Böyük ehtimalla hələ uzun müddət bu görüşlərə aşağ çinli məmurların müzakirəsi şahid olacaq". 

Vasif ƏLİHÜSEYN 

Seçilən
0
redaktor.az

1Mənbələr