AZ

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1 200 manat icarə haqqı ödə!"

Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlar arasında narazılıq yaranıb.
 
Moderator.az xəbər verir ki, "Unikal"a daxil olan məlumata görə, narazılığın səbəbi rayon və şəhər tibb mərkəzləri tərəfindən stomatoloqlardan aylıq icarə haqqının tələb edilməsidir.
 
Bu barədə "Facebook"da stomatoloqların qrupunda çox sayda həkim tərəfindən paylaşımlar edilib. Qeyd olunub ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat pul vəsaiti tələb olunur.
 
İcarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil və zəruri avadanlıqlarla təmin olunmayıb. Yəni dövlət tibb müəssisələrində stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli və avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir.
 
Seçilən
0
4
moderator.az

5Mənbələr