AZ

 "Baku Steel Construction" ASC-nin səhmdarları - TOPLANIR

30 iyun 2025-ci il tarixində saat 11.00-da  "Baku Steel Construction" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Binəqədi şosesi 53 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.

Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:

1. "Baku Steel Construction" ASC-nin Müşahidə Şurasının seçilməsi;

2. "Baku Steel Construction" ASC-nin Müfəttişinin seçilməsi;

3. "Baku Steel Construction" ASC-nin 2024-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Binəqədi şosesi 53 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Seçilən
0
50
fed.az

10Mənbələr