AZ

"Qalatasaray"ın ulduzuna 80 milyon -

Premyer Liqa nəhəngi "Çelsi" elit ulduz transfer etmək üçün böyük büdcə ayırıb. Metbuat.az xəbər verir ki, “Çelsi”nin transfer siyahısında icarə əsasında “Qalatasaray”da çıxış edən “Napoli”nin futbolçusu Viktor Osimhen də var. Bildirilir ki, "Çelsi" həmçinin “Sportinq”in futbolçusu Viktor Qyokeres, “Leypsiq”dən Benjamin Sesko, “İpsviç”dən Liam Delap, "Ayntrakt Frankfurt"dan Huqo Ekitikenin də xidmətində maraqlıdır. Xəbərdə deyilir ki, “Çelsi” Viktor Osimhen üçün 80 milyon dollar büdcə ayırıb. Premyer Liqa nəhəngi həmçinin Viktor Qyokeres üçün də 80 milyon avro ödəməyə razılıq verib.

Qeyd edək ki, “Qalatasaray” da Viktor Osimheni klubda saxlamaq istəyir.

Seçilən
0
15
metbuat.az

10Mənbələr