Rusiya ordusu bu gecə 110 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücumlar təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Teleqram hesabı məlumat yayıb.
Açıqlamada hücumun Ukraynanın Kiyev, Sumı, Dnepropetrovsk, Poltava və İvano-Frankivsk bölgələrində həyata keçirildiyi, Rusiya ordusunun 110 pilotsuz uçan aparatlarla hücumu həyata keçirdiyi bildirilib.
Açıqlamada Ukrayna ordusunun Hərbi Hava Qüvvələri tərəfindən 62 PUA-nın məhv edildiyi, 29 simulyator pilotsuz təyyarənin isə istiqaməti dəyişdirilərək zərərsizləşdirildiyi qeyd edilib.