AZ

4SİM “Dubai FinTech Summit 2025” tədbirində iştirak edib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dubayda keçirilən “Dubai FinTech Summit 2025” tədbirində iştirak edib.

Mərkəzin məlumatına görə, icraçı direktor "Şirkətlər, maliyyə sistemləri və ümumi iqtisadiyyat: qlobal rəqəmsal innovasiya sistemlərinin transformasiyası" adlı paneldə çıxış edərək Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya təşəbbüsləri və maliyyə texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.

“Dubai FinTech Summit 2025” maliyyə texnologiyaları sahəsində liderləri, innovatorları və siyasətçiləri bir araya gətirən nüfuzlu beynəlxalq tədbirdir. Dubai International Financial Centre (DIFC) tərəfindən təşkil olunansammit texnologiya vasitəsilə daha əlçatan və inklüziv maliyyə xidmətlərinintəşviqini hədəfləyir.

Tədbirdə 100-dən çox ölkədən 8 mindən artıq iştirakçı, 300-dən çox spiker və 1000-dən artıq investor iştirak edib.

Seçilən
0
2
vergiler.az

3Mənbələr