AZ

Gec yatmaq orqanizmi necə məhv edir?

Gec, xüsusilə gecə yarısından sonra yatmaq vərdişi bağırsaqların fəaliyyəti, hormon sistemi, psixoloji durum və bədən quruluşuna mənfi təsir göstərə bilər.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ-li qastroenteroloq Saurabh Sethi "Surrey Live" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, yuxusuzluğun ilk nəticələrindən biri iştahanın artması fonunda çəki yığılmasıdır. Ardınca isə apatiya, xroniki əhval-ruhiyyə düşkünlüyü və idrak qabiliyyətlərində – yaddaş, diqqət toplama və düşünmə bacarıqlarında zəifləmə müşahidə olunur.

Həkim bildirib ki, zamanla yuxu çatışmazlığı orqanizmin bütün sistemlərinə, ilk növbədə hormonların fəaliyyəti, qaraciyər və bağırsaq sisteminə mənfi təsir etməyə başlayır.

Ekspert əlavə edib ki, gec saatlarda yatmaq psixi sağlamlığı da ciddi şəkildə zəiflədə bilər. Onun sözlərinə görə, fiziki və emosional sağlamlığın qorunması üçün insan hər gün eyni vaxtda, mümkün qədər gecə yarısından əvvəl yatmalıdır. Həmçinin vurğulanır ki, yetkin bir insan gündə ən az 7-9 saat yatmalıdır.

Həmidə İbrahimova

Seçilən
0
1
olke.az

2Mənbələr