"Qalatasaray"ın hücumçusu Viktor Osimhen növbəti mövsümdə "Fənərbağça"da çıxış edə bilər.
Bizim.Media xəbər verir ki, "sarı-qırmızılar"ın əzəli rəqibi nigeriyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu barədə "Hürrriyet" nəşri məlumat yayıb.
"Fənərbağça" Osimhen üçün onun müqavilə ilə məxsus olduğu "Napoli"yə müraciət edib və 75 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazır olduğunu bildirib. Super Liqa klubu 26 yaşlı forvardın özünə isə Qalatasaray"dan daha çox maaş təklf edib.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümn əvvəlind icarəyə götürüb. Ulduz futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi maçda 33 qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media