AZ

Beş ildən sonra qlobal neft tədarükündə artım OPEC+un payına düşəcək

BAKI, 12 may. TELEQRAF

2030-cu ildən sonra dünyada neft tədarükünün əsas artımını OPEC+ ölkələri, o cümlədən Rusiya təmin edəcək.

Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Energy "Policy" jurnalının köşə yazısında bildirib .

Onun sözlərinə görə, neftə tələbat ən çox Hindistan və Çində artacaq. Neft istehlakında azalma ən çox Avropada olacaq. Eyni zamanda, OPEC+ ölkələrinin bazar payı 2050-ci ilə qədər 49%-dən 52%-ə qədər arta bilər.

"2030-cu ildən sonra neft tədarükünün əsas artımı Rusiyanın da daxil olduğu OPEC+ ölkələrindən gələcək. Hindistanda istehlak kəskin artacaq. Tələb 2023-cü ildəki 5,3 milyon bareldən 2050-ci ildə 13,3 milyon barelə yüksələcək", - deyə Novak qeyd edib.

Çin, digər Asiya, Yaxın Şərq və Afrika ölkələri də istehlakda lider olacaq. "Avropada neftə tələbat sutkada 13,4 milyon bareldən 9,2 milyon barelə qədər azalacaq", - baş nazirin müavini əlavə edib.

Novak qeyd edib ki, gələcəyin əsas enerji istehlakçıları Qlobal Cənub və Şərq ölkələri olacaq:

"Biz BRİKS ölkələrinin qlobal iqtisadiyyatda və qlobal ÜDM-də rolunun əhəmiyyətli dərəcədə artdığını görürük, eyni zamanda Avropa ölkələri və G7 ölkələrinin iqtisadiyyatları yavaşlayır. Bu tendensiya enerji istehlakında da proqnozlaşdırılır", - baş nazirin müavini izah edib.

O əlavə edib ki, növbəti 20 ildə ilkin enerji istehlakının artımı 20%-i keçə bilər.

Seçilən
0
29
teleqraf.com

10Mənbələr