AZ

"Apple" yeni "iPhone"ların qiymətini artıracaq

"Apple" bu payız təqdim ediləcək "iPhone" modellərinin qiymətini artırmağı planlaşdırır.

Valyuta.az-ın məlumatına görə, şirkət bu artımı ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi gömrük rüsumları ilə deyil, yeni funksiyalar və dizayn yenilikləri ilə əsaslandırmağa çalışır.

Gömrük rüsumlarının artmasının "Apple"a 900 milyon dollarlıq zərər vura biləcəyi bildirilir. Bu səbəbdən şirkət istehsalın böyük hissəsini Çindən Hindistana keçirməyə başlayıb. ABŞ və Çin gömrük rüsumlarını müvəqqəti olaraq, 90 gün müddətinə dayandırmaq barədə razılığa gəliblər.

Builki modellər arasında ultra-nazik dizayna malik yeni "iPhone"un da yer alacağı gözlənilir. 2027-ci ildə isə" iPhone"un 20 illiyi münasibətilə tam şüşə və çıxıntısız modelin təqdim ediləcəyi qeyd olunur. "Bloomberg" jurnalisti Mark Qurman bu dizaynı 2017-ci ildəki "iPhone X" modelindən bəri ən böyük dəyişiklik adlandırıb.

Maya Hüseynova 

Seçilən
0
10
valyuta.az

10Mənbələr