AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlikanalizi açıqlayıb.

Ötən həftənin sonu Amerika və İngiltərə arasındaticarət razılaşmasının imzalanması, eləcə də, Amerika - Çin ticarətmüzakirələrində müsbət irəliləyişlərin əldə olunması fonundadolların dünya birjalarında möhkəmlənmə prosesi davam edib. Dollarİndeksi (DXY) 100.23 bənd həddindən 100.86 bənd həddinə kimiyüksəldi.

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Başnaziri Kayr Starmer iki ölkə arasında ticarət sazişinin əldəolunduğunu elan ediblər. Bu barədə məlumat Ağ Evin rəsmi saytındayerləşdirilib.

Saziş çərçivəsində Böyük Britaniya ABŞ mallarınıngömrükdən keçidini sürətləndirəcək və kənd təsərrüfatı, enerji vəsənaye məhsulları üçün ticarət maneələrini azaldacaq. ABŞ-danmal-qara və digər ərzaq məhsullarının ixracı genişlənəcək.

Həmçinin, ABŞ Maliyyə Naziri Skot Bessent bazar günübildirib ki, ABŞ və Çin arasında ticarət danışıqlarında əhəmiyyətliirəliləyiş əldə olunub.

İki ölkə arasında davam edən ticarət savaşını aradanqaldırmaq məqsədi daşıyan danışıqlar Cenevrədə keçirilib.Danışıqlarda Bessent və Çin Baş nazirinin müavini He Lifenginbaşçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Bessent, irəliləyişlə bağlı daha ətraflı məlumatınbazar ertəsi veriləcəyini söyləyib.

Danışıqlarda iştirak edən ABŞ-ın Ticarət NümayəndəsiCeymison Qrir, iki ölkə arasındakı fikir ayrılıqlarının əvvəllərgüman edildiyi kimi, əhəmiyyətli olmadığını bildirib.

Nəticədə, EURUSD və GBPUSD cütlükləri müvafiq olaraq,1.11840 və 1.32550 hədlərinə qədər gerilədi. USDJPY və USDCHFcütlükləri isə ötən həftəni 145.360 və 0.83120 səviyyələrində başavurdu.

Bu həftə investorların diqqət mərkəzində yer alacaqəsas xəbərlər Amerikada və Almaniyada açıqlanacaq İstehlakQiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi, İngiltərədə vəAvrozonada dərc olunacaq ÜDM hesabatlarıdır.

Cari həftə ərzində həmçinin, Avrozonada və Almanaiyada“ZEW”, İngiltərədə əmək bazarı, Yaponiyada ÜDM hesabatları,Amerikada Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksigöstəriciləri dünya birjalarında qiymət tendensiyalarına cidditəsir edə bilər.

Eləcə də, FED sədri Cerom Pauelin və “Bank ofEngland”-in sədri Endryu Beylinin çıxışları bu həftənin iqtisadixəbər təqvimində yer alırlar.

EUR

EURUSD məzənnəsi ötən həftəni artımla tamamlasa da,ticarət savaşlarının səngiməsi və danışıqlarda müsbət qeyd edilənmüsbət məqamların təsiri ilə yeni həftəyə sıçrayışla başladı və1.11840 həddinə kimi ucuzlaşdı.

Hazırda 1.12290 hədlərində ticarət olunan məzənnədə“ayılar” qiyməti 1.13000 həddinin altında saxlaya bilsələr, eniştendensiyası daha kəskin xarakter ala bilər.

Qeyd etmək lazımdır ki, cari həftə Avriozonada vəAlmaniyada dərc olunacaq ÜDM və “ZEW” hesabatları, Almaniyada dərcolunacaq inflyasiya göstəriciləri avronun valyuta birjalarındaqiymətlərinə yön verə bilər.

GBP

Ötən həftənin sonu 1.33060 həddinə kimi bahalaşanGBPUSD valyuta cütlüyü də yeni həftəyə “gap” ilə 1.32550 həddindənbaşladı. Hazırda 1.32870 səviyyəsində ticarət olunan məzənnədə1.33000 həddinin altında qalsa, eniş tendensiyası daha da dərinləşəbilər.

XAUUSD

Qızıl ötən həftə 3434$-a kimi bahalaşsa da həftəninson ticarət günü yenidən ucuzlaşdı 3327$ həddinə kimi ucuzlaşdı.Hazırda 3281$-dan təklif olunan “sarı metal”ın qiyməti 3200$həddini altına düşsə, eniş tendensiyası daha kəskin xarakter alabilər. Mümkün eniş ssenarisində qarşıda duran əsas psixoloji hədlərkimi 3200$ və 3060$ hədləri çıxış edir.

Seçilən
0
5
az.trend.az

6Mənbələr