AZ

"Zabux" və "Qarıqışlaq” KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bakı. Trend:

"Zabux" və "Qarıqışlaq” kiçik su elektrik stansiyalarında (KSES)indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlumolub.

TrendEnergetika Nazirliyinə istinadən xəbər verir ki, faliyyətəbaşladığı dövrdən bu ilin 1 may tarixinədək “Zabuz” KSES-də
11,6 milyon kilovat/saat, “Qarıqışlaq” KSES-də isə 9,4 milyonkilovat/saat elektrik enerjisi istehsal edilib.

2024-cü ilin 10 may tarixində Laçın rayonunda Həkəri çayının sağqolu olan Zabux çayının üzərində yerləşən “Zabux” və “Qarıqışlaq”kiçik su elektrik stansiyaları (KSES-lər) istismara verilib.

“Zabux” KSES ümumi gücü 2,8 MVt olmaqla, hər biri 0,7 MVtgücündə olan 4 hidroaqreqatdan, “Qarıqışlaq” KSES isə ümumi gücü 4MVt olmaqla 1 hidroaqreqatdan ibarətdir.

Qeyd edək ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrikenerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradanqazlar atılmır.

Seçilən
0
az.trend.az

1Mənbələr