AZ

Qızlar məktəbinə hücum oldu, azı 15 nəfər həlak oldu

BAKI, 12 may. TELEQRAF

İsrailin Qəzza zolağının şimalında məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının şimalında yerləşən Cəbəliyyədə qızlar məktəbinin binasına silsilə zərbələr endirib. Partlayış nəticəsində içəridə uşaqlar da daxil olmaqla ən azı 15 qaçqın həlak olub.

Telekanal həmçinin bildirir ki, son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr zamanı azı 40 nəfər ölüb, 80-dən çox fələstinli yaralanıb.

Seçilən
0
3
teleqraf.com

3Mənbələr