AZ

Ağsu sakını Şamaxıda ağac parçası ilə döyüldü

Mayın 11-də günorta saatlarında Ağsu rayon sakini, 1975-ci il təvəllüdlü Vasif Vahidov döyülüb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, onun Şamaxı rayonunda icarəyə götürdüyü fermada aralarında yaranmış mübahisə zəminində Ağsu rayon sakini, 68 yaşlı Əvəz Əliyev tərəfindən ağac parçası ilə döyüldüyü bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda istintaq araşdırmaları davam etdirilir.


Telegram kanalımız
Seçilən
0
12
yenisabah.az

10Mənbələr