AZ

Yaponiyada uşaq sayı 44 ildir ki azalır

BAKI, TurkicWorld

Yaponiyada uşaq sayının azalması 44 ildir davam edir.

TurkicWorld xəbər verir ki, Yaponiyada 2025-ci ilin aprel ayı etibarilə 14 yaşdan aşağı uşaqların sayı 13 milyon 660 min nəfərə düşüb ki, bu da əvvəlki illə müqayisədə 350 min nəfər azdır.

Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına əsasən, ölkədə uşaq sayı ümumi əhali içində payı cəmi 11,1 faiz təşkil edir. Bu göstərici ABŞ-da 21,7 faiz, Çində isə 17,1 faizdir. Uşaq sayının ardıcıl şəkildə azalması Yaponiyada artıq 44 ildir ki, davam edir və bu, qocalma və məhsuldarlıq böhranını daha da dərinləşdirir.

Ekspertlər bildirirlər ki, bir ölkənin əhalisinin sabit qalması üçün hər qadına düşən doğum əmsalı 2,1 olmalıdır. Lakin Yaponiyada bu göstərici uzun illərdir ki, təxminən 1,3 səviyyəsindədir. Məsələn, 2014-cü ildə 1,62 milyon insanın öldüyü ölkədə doğulanların sayı bu rəqəmin yarısına belə çatmayıb. Hazırda əhalinin 20 faizdən çoxu 65 yaşdan yuxarıdır.

Əhalinin qocalması və doğum nisbətlərinin aşağı düşməsi əmək bazarına, sosial təminat sisteminə və səhiyyə xidmətlərinə ciddi təzyiq göstərir. Boşanma hallarının artması da sosial sabitlik üçün əlavə çağırışlar yaradır.

Qeyd edək ki, Yaponiya hökuməti dörd günlük iş həftəsi, ailə və uşaq dəstəyi proqramları, körpələr evi yerlərinin artırılması kimi təşəbbüslərlə vəziyyəti dəyişməyə çalışır. Lakin yüksək həyat xərcləri, məhdud yaşayış sahələri və uzun iş saatları bu səylərin effektivliyini azaldır.

Bu demoqrafik böhran yalnız Yaponiyayla məhdudlaşmır – Çin, Cənubi Koreya, Honq Konq və Tayvan da oxşar əhali azalma problemləri ilə qarşı-qarşıyadır. Avropada isə İspaniya və İtaliya kimi ölkələr immiqrasiya siyasətinə üstünlük verərək əhali azalmasının qarşısını almağa çalışırlar.

Seçilən
0
turkic.world

1Mənbələr