BAKI, 11 may. TELEQRAF
Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 17-ci sanksiyalar paketində nəzərdə tutulan məhdudiyyətlərin təxminən yarısı Fransa tərəfindən irəli sürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Inter” radiostansiyasına müsahibəsində bildirib.
“Avropa ölkələri artıq bir neçə həftədir ki, yeni sanksiyalar paketi üzərində işləyirlər. Biz də bu prosesə öz töhfəmizi vermişik. Hətta mənim rəhbərlik etdiyim nazirlik bu paketə daxil olan məhdudiyyətlərin yarısına qədərini hazırlayıb və onlar demək olar ki, qəbul olunmaq üzrədir”, – o qeyd edib.