Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan telefon danışığı zamanı, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının İstanbulda qaldığı yerdən davam etməsi ilə bağlı verilən açıqlamanı məmnuniyyətlə qarşıladıqlarını bildirib.
O, Türkiyənin bu prosesə töhfə verməyə hazır olduğunu bir daha vurğulayıb.
Tərəflər həmçinin əməkdaşlığın müxtəlif sahələr üzrə inkişaf perspektivləri və bölgədəki son durumla bağlı fikir mübadiləsi aparıblar.