İran ABŞ, Avropa ölkələri, Çin və Rusiya ilə nüvə proqramı üzrə dialoqu davam etdirir.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin paytaxtı Dohada ABŞ ilə dördüncü danışıqlar raundunun başlanmasından bir gün öncə bildirib.
“Biz ABŞ, Çin, Avropa və Rusiya ilə səmimi şəkildə danışıqları davam etdiririk”, – o söyləyib.
O, bir daha vurğulayıb ki, İran nüvə silahına sahib olmağa çalışmasa da, xalqının dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan imtina etməyəcək.