AZ

Putin sentyabrda Çinə səfər edəcəyini təsdiqlədi

BAKI. 11 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin bu ilin sentyabrında Çinə səfər edəcəyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Artıq razılaşdırılıb ki, sentyabr ayında militarist Yaponiya üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün Çinə rəsmi səfəri edəcəyəm. İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı əsas, mahiyyətcə ən mühüm anım tədbirlərinin Moskva və Çinin paytaxtlarında keçirilməsi simvolik və məntiqlidir”, - Putin Kremldə jurnalistlərə deyib.

Seçilən
0
teleqraf.com

1Mənbələr