Rusiyanın Yekaterinburq şəhərində 53 yaşlı qadın geyindiyi gödəkçəyə görə polis əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, polislər Lyudmila adlı qadını üzərində “Mikki Maus” cizgi qəhrəmanının təsviri, eləcə də boz, mavi və sarı rəngli zolaqları olan gödəkçəyə görə saxlayıb.
Polislər geyimdə Ukrayna bayrağının rənglərinin və “ekstremizm əlamətlərinin” əks olunduğunu iddia ediblər.
Qadının bu geyimə görə düşmən kəşfiyyatı üçün işlədiyi iddia edilib. Gödəkçə götürülüb, qadın isə polis bölməsinə aparılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta