"Sabah" mövsümdə 17-ci heç-heçəsini Mərdəkanda etdi.
Vasili Berezutskinin komandası bu dəfə "Araz-Naxçıvan"la bərabərliyə razılaşdı - 1:1.
Ölkə Kubokunda finala vəsiqə qazanan "tələblər" eyni uğuru heç cür çempionat görüşlərində təkrarlaya bilmir.
5-ci pillədə yer alan Masazır klubunun böyük ölçüdə mövsümü hazırkı yerində bitirəcəyini demək olar.
Görəsən, eyni kollektivə ölkə kubokundakı kimi çempionatda da uğurlu olmağa nə mane olur?
"Sabah"ın təcrübəli simalarından biri olan Con İrasabal Sportinfo.az-a açıqlamasında məsələyə aşağıdakı kimi aydınlıq gətirib:
"Bəlkə də dinamika. Liqada çoxlu heç-heçəmiz oldu. Əksəriyyətində qalib tərəf ola bilərdik. Təəssüf ki, alınmadı.
Əgər bəzi oyunlarda daha qətiyyətli olsaydıq, daha yaxşı mövqe uğrunda mübarizə apara bilərdik.
Amma futbolda belə hallar yaşanır. Həyat davam edir. Önümüzə baxacağıq".
XANOĞLAN