AZ

Gəncədə maşın vuran piyada xəstəxanada öldü

GƏNCƏ, 10 may. TELEQRAF

Gəncədə bir neçə gün öncə avtomobilin vurduğu piyada bu gün xəstəxanada dünyasını dəyişib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhərin H.Əliyev prospektində baş verən hadisə zamanı yük maşınının vurduğu 70 yaşlarında olan Mehdi Muxtarov koma vəziyyətindən ayılmayıb.

O, özəl xəstəxanalardan birində vəfat edib.

Faktla bağlı araşdırma davam etdirilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr