"Çelsi" klubu "Milan"ın futbolçusu Rafael Leaonu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "rossoneri" portuqaliyalı vingeri 63 milyon funt-sterlinq ödəyən komandaya satmağa hazırdır.
Bu barədə "Caught Offside" portalı məlumat yayıb.
Leao 2019-cu ildən "Milan"da çıxış edir. O, cari mövsüm 48 oyunda 12 qol vurub və 13 məhsuldar ötürmə edib.