Ağdaş rayonunda ötən gün axşam saatlarında itkin düşmüş 66 yaşlı qadının cəsədi tapılıb.
"Unikal"ın məlumatına görə, Ağcayazı kənd sakini 1959-cu il təvəllüdlü Əkbərova Nazilə Əliabbas qızı yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Dərhal qadının axtarışlarına başlanılıb. Onun cəsədi bu gün səhər saatlarnda Yuxarı Şirvan su kanalında tapılıb.