"Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiya xəttlərinin açılması istiqamətində Azərbayfanın mövqeyi bəllidir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyirik.