"Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni razılaşdırılıb: ”Ermənistandan Azərbaycanın legitim gözləntiləri var. Bu gözləntilər Ermənistan Konstitusiuasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması və münaqişənin tamamlanması ilə ehtiyac duyulmayan Minsk qrupunun ləğvidir. Prosüsləri izləyirik, təmaslar var”.