AZ

Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılır - FOTOREPORTAJ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə əlaqədar xatirəsi anılır.

“Report” xəbər verir ki, müxtəlif dövlət qurumlarında çalışan şəxslər, ictimai xadimlər, sadə vətəndaşlar dəstə-dəstə güllərlə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər.

Xatırladaq ki, bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Ulu Öndərin parlaq xatirəsi Bakıda, bölgələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, eləcə də xarici ölkələrdə dərin ehtiramla anılır.

Foto: Zaur Mustafayev, Vüqar Xanlarov

Seçilən
0
report.az

1Mənbələr