BAKI, 9 may. TELEQRAF
Yaponiyada bir gənc "Expo 2025" sərgisinə 85 illik biletlə qatılıb.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, Fumiya Takenava Osaka şəhərində keçirilən sərgiyə 1940-cı ildə Yaponiyanın Böyük Beynəlxalq Sərgisi üçün verilmiş biletlə qatılıb.
25 yaşlı gənc bu bileti mart ayında onlayn satışdan aldığını bildirib. O, 85 illik biletlə sərgiyə qatılıb-qatıla bilməyəcəyi ilə maraqlanıb və təşkilatçılar ona icazə veriblər.
Sərgidə Çexiya və Səudiyyə Ərəbistanı pavilyonlarını ziyarət edən gənc “biletin əvvəlki sahibi 85 il gözləyib və indi yəgin ki, onun da arzuları gerçəkləşdi” deyib.